İranlı turistlər Bakıda yol hərəkəti qaydalarını niyə pozur? - Ekspert tənqid etdi

Yazarlar 26 Mart 2018 19:03 Oxunub 1327
İranlı turistlər Bakıda yol hərəkəti qaydalarını niyə pozur? - Ekspert tənqid etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ekspert: “Bakı küçələrində qayda pozulmasının əsas səbəblərindən biri nişanlarımızın və xətlərimizin yerində olmamasıdır”

“Ölkəmizə öz avtomobili ilə gələn iranlıların bir neçə dəfə qayda pozduğunun şahidi oldum. Diqqətimi cəlb etdi ki, onlar əsasən Bakı küçələrində hərəkət sxemləri ilə bağlı qaydaları pozurlar (qadağan olunan istiqamətə dönürlər, əlavə yaşıl işıq bölməsinin icazə verdiyi istiqaməti bağlayırlar və s.).” Avtosfer.az xəbər verir ki, bunu yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov deyib. Ekspertin sözlərinə görə, buna əsas səbəb Bakı küçələrində nişanların və xətlərin yerində olmamasıdır.

“Rəsmi statistikaya inansaq, İranda yol hərəkəti təhlükəsizliyi səviyyəsi bizdəkindən xeyli geri qalır. Amma şəxsi müşahidələrimə əsasən deyirəm ki, İran yollarında hərəkət bizdəkindən yaxşı təşkil olunub (nişanlar, xətlər daha düzgün və yerində tətbiq olunub). Məsələn, qabağımda gedən iranlı sürücü qadağan olunan istiqamətə döndü, dərhal diqqətimi çəkdi ki, o, sadəcə getdiyi zolaqdan dönmənin qadağan edildiyini müəyyən edə bilmədi.”

Ekpert hesab edir ki, hərəkətin təşkilindəki səhvlər qonaqlara da problem yaradır. “Bu həm də onu təsdiqləyir ki, bizim çoxumuz küçələri və yolları tanımağımız hesabına ciddi səhvlər etmirik, vərdişlə sürürük. Vərdişlə sürməyin özü isə ayrıca bir təhlükədir.”

 

Orxan

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh