Köhnə avtomobillərin hərəkəti qadağan edilə bilər - Dizel mühərrikli

Avtoxəbər 27 Mart 2018 09:51 Oxunub 1303
Köhnə avtomobillərin hərəkəti qadağan edilə bilər - Dizel mühərrikli
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu yenilik təkcə Stokholmda 50 min sürücünü əhatə edəcək

İsveçdə şəhər daxilində dizel mühərrikli köhnə avtomobillərin hərəkəti qadağan edilə bilər. Tezliklə şəhər rəhbərliklərinə bununla bağlı səlahiyyət veriləcək. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, İsveç hökumətinin bu qərarı ətraf mühitin mühafizəsi və havanın çirklənməsinə qarşı mübarizə tədbirləri çərçivəsində qəbul edilib. Yeni qərara görə, hökumət dizel yanacağı ilə işləyən avtomobillərin tam qadağan edilməsi deyil, müvafiq tədbirlərin yerli idarəetmə orqanlarına həvalə olunması niyyətindədir. Belə ki, yerli idarəetmə orqanlarına ekoloji zonalar yaradılması və avtomobillərdən istifadənin tənzimlənməsi səlahiyyəti veriləcək. Ekoloji tələblərə - “Euro 5” və “Euro 6” standartlarına cavab verən dizel mühərrikli avtomobillərin bu zonalarda hərəkətinə icazə veriləcək. 2022-ci il iyulun 1-dən isə “Euro 6” normalarına uyğun gəlməyən bütün dizel yanacağı ilə işləyən avtomobillərdən istifadə qadağan ediləcək. Bundan başqa, benzinlə işləyən avtomobillər də “Euro 5” standartlarına cavab verməlidir.

Ekspertlərin fikrincə, yeni qaydalar dizel mühərrikli avtomobillərin üçdə birindən çoxuna şamil olunacaq. Hesablamalara görə, təkcə Stokholmda bu yenilik 50 min sürücünü əhatə edəcək.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh