Sürücü 4 avtomobilin toqquşmasına səbəb oldu: xəsarət alanlar var - FOTO

Qaydalar 27 Mart 2018 10:09 Oxunub 1665
Sürücü 4 avtomobilin toqquşmasına səbəb oldu: xəsarət alanlar var - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı avtotexniki ekspertiza təyin edilib

Binəqədi rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib. Avtosfer.az-ın "Report"a istinadən xəbərinə görə, hadisə Cəfər Xəndan küçəsində baş verib. "Volkswagen" markalı avtomobilin sürücüsü işıqforun qırmızı ışığında keçərək yolun əks istiqamətilə hərəkət edib. Nəticədə o, işıqforun yaşıl işığında keçən "BMW", daha sonra yolun əks istqamətinə keçərək "Opel" və "VAZ-2107" markalı avtomobillərə çırpılıb. Qəza zamanı iki nəfər xəsarət alaraq, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralılardan 1970-ci il təvəllüdlü Xəlilova Sahibə Səfər qızının vəziyyəti ağırdır. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar əraziyə Yol Patrul Xidmətinin və Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh