"Mercedes" də avtomobilləri geri çağırdı - Təhlükəsizlik yastıqlarında problem

Avtoxəbər 10 Aprel 2018 13:41 Oxunub 1168
"Mercedes" də avtomobilləri geri çağırdı - Təhlükəsizlik yastıqlarında problem
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək

"Mercedes Benz" şirkəti 4400-dən çox avtomobilini geri çağırıb. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, qərar təhlükəsizlik yastıqlarında qeydə alınan qüsurlarla əlaqədardır. Məlumatda qeyd olunur ki, təhlükəsizlik yastıqları bəzi hallarda heç bir səbəb olmadan işə düşə bilər. Qeyd edək ki, geri çağırılma 2013-2017-ci illərdə Rusiyada satılmış C və GLC modellərinə şamil olunur. Şirkətdən bildirilib ki, bu avtomobillərdə təmir işləri ödənişsiz əsasda həyata keçiriləcək. Bu, 2018-ci ilin əvvəlindən “Mercedes”in təhlükəsizlik yastıqları ilə əlaqədar dördüncü geri çağırma kampaniyasıdır. Bu müddət ərzində 25 minə yaxın avtomobil geri çağırılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh