Tamahkar sürücü 45 sərnişini yolda qoydu - Azərbaycanda

Xəbərlər 6 Yanvar 2015 18:10 Oxunub 2104
Tamahkar sürücü 45 sərnişini yolda qoydu - Azərbaycanda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sərnişinlər Ucar rayonu ərazisində çarəsiz vəziyyətdə qalıb

Hazırda bir neçə saatdır ki, Gəncə-Bakı matşurutu ilə hərəkət edən 27-KA-014 dövlət nömrə nişanlı şəhərlərarası avtobusun 45 nəfərdən ibarət sərnişini Ucar rayonu ərazisində çarəsiz vəziyyətdə qalıb. Bu barədə Moderator.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, paytaxt istiqamətində hərəkət edən göy rəngli "Hyundai" markalı avtobusunun yarıyolda qalmasına səbəb nəqliyyat vasitəsindəki texniki nasazlıq olub. Məhz texniki nasazlıq səbəbi ilə yarı yolda bir neçə saat vaxt itirən sərnişinlərin əraziyə gələn digər avtobuslarla yollarına davam etməsinə isə sürücü tamahkarlığı mane olub. Belə ki, sərnişinləri axşam saatlarında yarı yolda qoymağı azmış kimi sözügedən avtobusun sürücüsü sərnişinlərin ödədiyi gediş haqqını onlara geri qaytarmaqdan imtina edib. Sürücünün bu hərəkəti  sərnişinlərin ciddi narazılığına səbəb olub. Sərnişinlər onları mənzil başına çatdırmayan sürücüdən pullarını tələb etsələr də sürücü pulu qaytarmaqdan israrla boyun qaçırıb.

Mənbənin verdiyi məlumata görə, hazırda sərnişinlərlə sürücü arasında mübahisə davam edir. Artıq bəzi sərnişinlərin sürücü özbaşınalığı və sərnişin hüquqlarının pozulması ilə bağlı bəzi telekanalları, habelə əlaqədar qurumların qaynar xəttini məlumatlandırmağa cəhd etdiyi bildirilir. Son məlumata görə sərnişinlər öz yollarına əlavə xərc çəkmək bahasına da olsa 3 saatdan sonra hadisə yerinə cəlb edilən başqa bir avtobusla davam etmək niyyətindədirlər.

Məlumat üçün qeyd edək ki, məlum avtobus “Uğur” şirkətinə məxsusdur.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh