İcra hakimiyyətinin avtobusları təhlükə yaradır? - FOTO

Xəbərlər 27 Mart 2018 14:56 Oxunub 1797
İcra hakimiyyətinin avtobusları təhlükə yaradır? - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu tip avtobuslar qeyri-qanuni işləmir, avtovağzaldan da tam qanuni şəkildə icazə ilə reysə çıxır

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində yaradılan “Sumqayıt Nəqliyyat” MMC-nin xəttə buraxdığı avtomobillər təhlükə yaradır, istifadəyə yararsızdır. Avtosfer.az xəbər verir ki, bu barədə axar.az-a Sumqayıt sakinləri etdikləri müraciətlərində bildiriblər. Şikayətçilərin sözlərinə görə, Sumqayıtda şəhər daxili fəaliyyət göstərən iritutumlu avtobuslar standartlara cavab versə də, Sumqayıt Avtovağzalından Bakıya, Sədərək və Binə Ticarət Mərkəzlərinə işləyən avtobuslar yararlı deyil. Xüsusilə 509 saylı marşrut avtobusları sərnişinlərin həyatı üçün təhlükə mənbəyi olaraq qalır. Sumqayıt sakinlərinin sözlərinə görə, adıçəkilən xətt üzrə hərəkət edən avtobusların hamısına daha çox sərnişin yığa bilmək üçün əlavə oturacaqlar yerləşdirilib: “Bu xətt üzrə hər gün yüzlərlə avtobus işləyir və onların əksəriyyətinin salonunda konstruksiya dəyişikliyi edilib: ortaya əlavə oturacaqlar quraşdırılıb və ya oturacaqlar sıxlaşdırılıb ki, daha çox adam mindirmək olsun. Avtobusda bir qayda olaraq nəzərdə tutulduğundan çox insan daşınır”.

Sakinlər bildirib ki, bu tip avtobuslar qeyri-qanuni işləmir, avtovağzaldan da tam qanuni şəkildə icazə ilə reysə çıxır. Lakin xəttə buraxılan zaman ya təhlükəsizlik qaydaları yoxlanılmır, ya da görməzlikdən gəlinir.

Sumqayıt Nəqliyyat MMC-nin direktoru Xannı Rüstəmov bildirib ki, MMC-yə məxsus olan bütün avtobuslar standartlara tam cavab verir. Onun sözlərinə görə, 509 saylı marşrut isə onlara məxsus deyil: “Bizim avtobuslar Sumqayıtda şəhərdaxili fəaliyyət göstərir. 100 avtobusumuz isə Sumqayıt-Bakı istiqaməti üzrə hərəkət edir. MMC-yə məxsus olan avtobuslarda şikayətçilərin bildirdiyi nöqsanların olması mümkün deyil. Çünki avtobuslarımız yenidir, standartlara cavab verir. 509 saylı marşrut xətti bizim MMC-yə aid deyil”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh