Sükan arxasında söhbətin təhlükəli olması elmi cəhətdən sübut edildi – FOTO

Yazarlar 27 Mart 2018 15:23 Oxunub 1524
Sükan arxasında söhbətin təhlükəli olması elmi cəhətdən sübut edildi – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil idarə edərkən fikri yayındıran hər hansı hərəkətdən uzaq durmaq lazımdır

Amerika alimləri telefon söhbətlərinin avtomobil sürücülərinə mənfi təsirini müəyyən ediblər. Buraya həmçinin yüksək səsdən istifadə etmə, sükan arxasında SMS yazışmaya bərabər tutulan dərəcədə sərnişinlərlə ünsiyyət qurmaq daxildir. Tədqiqatların nəticələri “The Deccan Chronicle” nəşrində dərc olunub. Avtosfer.az “Medvesti” saytına istinadən xəbər verir ki, alimlər 1991-2015-ci illərdə 14-84 yaşlı 4832 sürücü arasında aparılan tədqiqatlar barəsində 93 elmi hesabatı müqayisə ediblər. Qiymətləndirmə yol-nəqliyyat hadisələrinə, avtomobilin sürətinə, onun hərəkət zolağında vəziyyətinə və müşahidə dinamikasına yekun reaksiyanın yoxlanması əsasında həyata keçirilib. Nəticədə məlum olub ki, yüksək səs də daxil olmaqla, mobil rabitədən istifadə edən sürücülərin fikirlərini cəmləşdirməsi aşağı səviyyədədir. Analoji nəticələr sərnişinlərlə söhbətə üstünlük verən sürücülərlə də müşahidə edilib. Yekun nəticələr əsasında mütəxəssislərin tövsiyəsi nəqliyyat vasitəsini idarə edərkən fikri yayındıran hər hansı detalları istisna etməkdən ibarətdir.

 

Samir

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh