Eskalator sıradan çıxıb sərnişini "uddu" - VİDEO

Avtosfer TV 27 Mart 2018 17:44 Oxunub 1759
Eskalator sıradan çıxıb sərnişini "uddu" - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, bir saat sürən xilasetmə əməliyyatı nəticəsində xilas edilib

İstanbulda bir kişi sıradan çıxmış eskalatorun içinə yuvarlanıb. Avtosfer.az “Report”a istinadən xəbər verir i, bu barədə “Youtube”də video-yazı yayılıb. Hadisə “Ayazağa” metro stansiyasında baş verib. Sərnişin dayanan eskalatorun zirzəmisinə düşüb. Belə ki, eskalatorun mexanizmi işə düşür və sərnişin ayağını pilləkən olmayan boş yerə qoyur. Gözlənilməz təkan nəticəsində insanlar eskalatorun içinə düşüb. Hadisə nəticəsində bir nəfər yaralanıb. O, bir saat sürən xilasetmə əməliyyatı nəticəsində xilas edilib.

Bildirilib ki, sıradan çıxan eskalatorun qarşısında uyğun nişan qoyulubmuş. Bununla belə, sərnişinlər həmin nişana məhəl qoymayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh