Mingəçevirdə piyada iki maşının arasında qaldı - FOTO

Avtosfer Foto 27 Mart 2018 23:06 Oxunub 1693
Mingəçevirdə piyada iki maşının arasında qaldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilib

Mingəçevir şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az "Report”a istinadən xəbər verir ki, şəhərin 20 Yanvar küçəsində piyadalar üçün müəyyən olunmamış yerdən yolu keçmək istəyən orta yaşlı kişini maşın vurub. Piyada “Toyota” və “VAZ-2112” markalı maşınların arasında qalaraq əzilib. Ağır xəsarət alan yaralı dərhal xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, yaralının ayağı sınıb, başından və bədəninin digər hissələrindən xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh