Ruslar elektrobus hazırladılar

Yeniliklər 28 Mart 2018 20:15 Oxunub 1227
Ruslar elektrobus hazırladılar
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nəqliyyat vasitəsinin qiyməti hələ ki açıqlanmayıb

Rusiyanın QAZ zavodu elektrobus hazırlayıb. Avtosfer.az xəbər verir ki, avtobusun ikizonalı iqlimə nəzarət sistemi, bütün texniki göstəricilərə, hətta salonda temperatura nəzarət üçün elektron sistemi, video nəzarət sistemi, klininq (dayanacaqda dayanarkən qapılar tərəfin döşəməsinin aşağı enməsi) sistemi və s. var. Avtobus 27 oturacaq yeri olmaqla 85 sərnişin (ayaq üstə duranlar da daxil) üçün nəzərdə tutulur.

İstehsalçının məlumatına əsasən, avtobus cəmi 10-18 dəqiqə ərzində enerji ilə doldurula bilən litium-titanatlı batareya ilə təchiz edilib. 

Nəqliyyat vasitəsinin qiyməti hələ ki açıqlanmayıb.

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh