"London taksisi" hərəkətdə olarkən təkəri partladı

Gündəm 8 May 2014 11:57 Oxunub 1949
"London taksisi" hərəkətdə olarkən təkəri partladı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə baş verən vaxt taksidə sərnişin olmayıb

Bakının Xətai rayonunda taksi qəzaya uğrayıb. Abdullayev Zaur İsmayıl oğlunun idarə etdiyi TX4 markalı ("London taksisi") avtomobil Babək prospektində beton arakəsməyə çırpılıb. Hadisə baş verən vaxt taksidə sərnişin olmayıb. Sürücü isə heç bir xəsarət almayıb. Lakin avtomobilə ciddi ziyan dəyib. Sürücü Zaur Abdullayevin APA TV-yə verdiyi məlumata görə, hərəkətdə olarkən avtomobilin təkəri partlayıb. Nəticədə sürücü idarəetməni itirib və maşını arakəsməyə çırpıb. Faktı Xətai Rayon Dövlət Yol Polisi Şöbəsi araşdırır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh