Sükan arxasında klounluq edən sürücümüz də var - VİDEO

Avtoreyd 28 Mart 2018 14:07 Oxunub 2874
Sükan arxasında klounluq edən sürücümüz də var - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər hərəkətin öz yeri olduğu kimi, klounluğun da öz məqamı var

Bakıda sükan arxasında klounluq edən sürücünün görüntüləri sosial şəbəkələrdə yayılıb. Avtosfer.az xəbər verir ki, həmin sürücü şənliklərdə kloun kimi fəaliyyət göstərir. Ağa Piriyev adlı kloun avtomobili idarə edərkən yol hərəkəti qaydalarını kobud şəkildə pozub. O, sükan arxasında təhlükəsizlik kəmərini taxmayıb, dayanma-durma və manevr qaydasını pozub, eyni zamanda da digər bu kimi təhlükəli hərəkətlər edib. Həmin sürücü hətta 3 dəfə avtomobili yolun ortasında saxlayaraq avtomobildən düşüb idman hərəkətləri edib. Guya o, həmin hərəkətləri etməklə digər şəxslərin marağını cəlb edib və onları güldürüb. Lakin bu hərəkətlər kənardan heç də belə görünmür. Onun etdiyi həmin hərəkətlər düşüncəsizlikdən və təfəkkürsüzlükdən xəbər verir. Hər hərəkətin öz yeri olduğu kimi, klounluğun da öz yeri və məqamı var. Sükan arxasında klounluq edərək kimlərisə güldürmək istəyərkən kimlərinsə də gözünü yaşlı qoya bilərdi.

Qeyd edək ki, videonu sosial şəbəkələrdə kolun özü yayıb.

 

Təbriz

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh