Süpürgəçini öldürən “KamAZ” sürücüsü tutuldu - FOTO

Avtosfer Foto 28 Mart 2018 16:38 Oxunub 2795
Süpürgəçini öldürən “KamAZ” sürücüsü tutuldu  - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həmin yolda sürətin yüksək olması təhlükəli vəziyyət yaradır

Bu gün sosial şəbəkələrdə avtomobil yolunu süpürərkən vurulan və hadisə yerində ölən qadının fotosu müzakirələrə səbəb olub. Vətəndaşlar yüksək sürətli yolda asfaltın xüsusi texnika ilə deyil, yaşlı qadınlar vasitəsilə təmizlətdirilməsini tənqid ediblər. Həmin yolda piyada xəttinin olmaması, sürət yüksək olmasını təhlükəli vəziyyət kimi qiymətləndirilib.

Avtosfer.az-ın əməkdaşı məsələ ilə bağlı Daxili İşlər Naziyliyinin Mətbuat xidməti ilə əlaqə saxlayıb. Daxili İşlər Naziyliyinin Mətbuat xidmətindən bildirilib ki, hadisə martın 27-də saat 18 radələrində Sabunçu rayonunun Sabunçu qəsəbəsində qeydə alınıb. Həmin ərazidə “KamAZ” markalı avtomobillə yolu keçən paytaxt sakini Cəmilə Salahova vurulub və nəticədə piyada hadisə yerində ölüb.

Sabunçu RPİ 12-ci PŞ-nin əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü - Bakı şəhər sakini, əvvəllər məhkum olunan Zaur Musayev saxlanılıb.

 

 

http://qafqazinfo.az/uploads/1522240499/001111.jpg

ŞƏRH YAZ
Ad

E-mail

Şərh