Bakıda avtobusda qadına qarşı İYRƏNC HƏRƏKƏT - VIDEO

Avtosfer TV 29 Mart 2018 11:18 Oxunub 1886
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı zəruri araşdırmalara başlanılıb

Dünən axşam saatlarında 65 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunda insident baş verib. Avtosfer.az xəbər verir ki, sərnişindaşıma ilə məşğul olan “Xaliq Faiqoğlu” şirkətinin mərkəzi müşahidə şöbəsinin əməkdaşları tərəfindən 10 TH 318 dövlət qeydiyyat nişanlı avtobusda gənc oğlanın orta yaşlı qadına hücum etməsi aşkar olunub və bununla  bağlı dərhal polisə məlumat verilib.

Kadrlardan görünür ki, sərnişin axınının çox olduğu saat 18 radələrində avtobusda ayaq üstə çətinliklə dayanan qadın qarşısındakı oturacaqda əyləşmiş gənc oğlandan bir qədər səliqəli oturmasını xahiş edir. Bu zaman həmin şəxs qadına kobud şəkildə cavab verir və nalayiq ifadələr işlətməyə başlayır. Daha sonra qadının iradlarına aqressiv reaksiya göstərən oğlan hücum edərək ona yumruqla zərbə endirir. 

İnsdent zamanı gəncə irad bildirən yaşlı qadın və 2 qoca kişi də onun hücumuna məruz qalır. Yaşlı-qadın demədən hər kəsə əl qaldıran və ictimai nəqliyyatda özünü nalayiq formada aparan gənclə bağlı dərhal polisə müraciət edilib. Həmin şəxs avtobusa daxil olan polis əməkdaşları tərəfindən bölməyə aparılıb və faktla bağlı zəruri araşdırmalara başlanılıb.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh

fht 29 Mart 2018 15:26
peyserdide qadine el qaldirir.. polisler elivi soxacaqlar dinmez yerive. bununla QARABAG ALACAGIQ BIZ TERBIYESIZ PEYSER
Zeynal 29 Mart 2018 11:58
Super.... Alçaq matişgə.
Zeynal 29 Mart 2018 11:56
Super.... Alçaq matişgə.