Binəqədidə yolu kəsən obyekt tikilir  - FOTO - VIDEO

Avtosfer TV 29 Mart 2018 12:10 Oxunub 1735
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dövlət mülkiyyətidir, bölünməzdir və özgəninkiləşdirilə bilməz

Hər gün minlərlə sürücü Binəqədi rayonu Binəqədi şossesində yerləşən tikilən obyekti haqqında şikayət edirdi. Zaman tapıb gedə bilmirdim. Bu gün getdim. Gördüklərimi və qanunun müddəalarını sizinlə bölüşürəm.

Yol 4 zolaqlıdır. 2 gediş və gəliş və Binəqədi rayonu Binəqədi şossesində əvvəllər mövcud olmuş avtomobil yolunun təhkim zolağınında məlumat lövhəciyində “ANAR Şirkəti” yazılmış bir şirkət təfərindən tikinti aparılır. Aşağıdakı tikinti aparılmamışdan öncə mühafizə zolağında olan yaşıllığın şəklini və hal-hazırda olan tikintinin şəklini əlavə edirəm.

Belə ki, bu tikinti "Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununun pozulması nəticəsində tikilir. Belə ki, Binəqədi şossesi №99 saylı tam orta məktəbin və Ə.D.Məlikov adına 6 saylı Şəhər Xəstəxanası qarşısında əvvəllər mövcud olmuş yaşıllıq 3 mərtəbəli tikinti tərəfində zəbt edilmişdir. Həmin zona avtomobil yollarının torpaq sahəsini təhkim və qorunma zolağı təşkil edirdi. "Avtomobil yolları haqqqinda" Azərbaycan Respublikasının Qanununun 13-cu maddəsinə əsasən ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli habelə şəhər avtomobil yollarının yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətidir, bölünməzdir və özgəninkiləşdirilə bilməz.

Əvvəllər bu zonada yaşıllıq mövcud olmuşdur. Hal-hazırda isə bu tikinti yola bitişik ərazidə tikilir, avtomobillərinin girişi və çıxışı, parklanası mümkünsüz vəziyyətə gəlmişdir. Çəkdiyim şəkillərə uyğun olaraq müəyyən etmək olar ki, bu obyekt hər hansı bir ictimai iaşə, ticarət mərkəzi kimi fəaliyyət göstərərsə sırf hərəkətə malik olan Binəqədi şossesi, obrazlı desək "Bermud üçbucağ"-na bənzəyəcək. Bu obyektlə üzbə-üz yerləşən "Favorit" marketin qarşısında parking yeri və piyada hərəkəti üşün zolaq nəzərdə tutulub. Sual yaranır: yolun o biri tərəfinə keçən piyada əgər qanadlarda təchiz edilməyibsə və yolun hərəkət hissəsi tikilmiş obyektlə zəbt edilibsə, o yolu necə getməlidir?

Qanuna əsasən təhkim zolağı nə sayılır ? 

M a d d ə 1 4 . Avtomobil yollarının təhkim zolağı Avtomobil yollarının təhkim zolağı avtomobil yolları üçün ayrılmış torpaq sahəsinin tərkib hissəsi olmaqla yol konstruksiyasının özünün tikintisi, təmiri, onun istifadəsi, saxlanılması üçün zəruri olan yolkənarı infrastruktur obyektlərinin, digər mühəndisi, sosial və texniki qurğuların, tikililərin, həmçinin dekorativ və qoruyucu yaşıllıqların yerləşdiyi ərazini əhatə edir.

"Avtomobil yollari haqqında" Qanunun 14-cü maddəsinə uyğun olaraq Avtomobil zolaqlarının təhkim zolağl hüdudlarında avtomobil yollarının tikintisi saxlanılması təmiri və yenidən qulurması ilə bağlı olmayan işlərin görülməsi, yol hərəkətinin təhlukəsizliyinin sərnisişin və daşimaların sahəsində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqaninin xidməti tikililəri və qurğuları istisna olmaqla bina və qurğuların yerləçdirilməsi, avtomobil yollarının saxlanılması və təmiri ilə bağlı işlər istinsa olunmaqla torpağın şumlanması çimin çıxarılması, və qruntun götürülmısi ordaki otların biçilməsi ağacların qırılması qadağandır. Göründüyük kimi, bu tikinti müvafiq qanunun 14-cü maddəsinin pozulması ilə nəticələnir.

Həmçinin, "Avtomobil yolları haqqında" Qanunun 33-cü maddəsinə əsasən ümümi istifadədə olan avtomobil yollarının təhkim zolağı hüdudlarında ticarət və digər sahibkarlıq fəaliyyəti qadağandır. Həmçinin avtomobil yollarının torpaq sahələrində sahibkarlıq və digər fəaliyyət növləri nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə mene olmamalıdır.

Əlavə olaraq "Dövlət mülkiyyətində olan avtomobil yollarənən qorunma zolaqlarının öılçulərinin təsdiqlənməsi haqqında" Nazirlər Kabinetitnin 317 nömrəli qərarına əsasən yerli əhəmiyyətli avtomobil yollarında yolun hər bir hərəkət istiqaməti üzrə hərəkət hissəsinin mərkəzindən 12.5 m enində mühafizə zolağının ölçüləri təsdiq edilib. Beləliklə, müvafiq qanunverici aktlar həmin ərazidə tikintinin aparılmasını qadağan edir. Çünki burada nə yol hərəkəti təhlukəsizliyi nə də avtomobil yolları haqqında AR qanunverici aktları tələblərinə əməl edilməyib. Mən hələ bu tikintidə iştirak edən fəhlərəlin tikinti təhlükəsizlik qaydalarına əməl etməməsindən danışmıram. Məqalədə yerləşdirilmiş səkillərdən tikinti haqqında müfəssəl məlumat əldə edə, hələ istfadəyə verilməmiş tikintinin indidən hərəkətə mane olduğunu görə, üstəgəl eyni ərazinin peykdən çəkilmiş iki şəklini müqayisə edə bilərsiniz. Bu müqayisə nəticəsində tikintiyə qədər yaşıllığın olduğu, daha sonra isə orada bir obyektin peyda olmasına şahid olacaqsınız.

Bu gün mən Binəqədi rayonu icra hakimiyyətinə bu tikinti ilə məktub ünvanlamışam.

Qanun tələblərinə uyğun olaraq Binəqədi rayonu icra hakimiyyəti qanunun müvafiq maddələrinin tələbləri ilə həmin binanın hansı ehtiyacdan dolayı tikildiyi barədə həmin tikilinin yol hərkəti təhlüskəsizli nəqliyat vasitələri və piyadalarn rahat hərəkəti, həmçinin binanın tikinti və şəhərsalma məcəlləsinə uyğun olaraq yanğın təklukəsizliyi ilə bağlı məlumat verməlidir. (Avtostop)

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh