İçkili üç qadın oğlanı taksi ilə qaçırmaq istədilər - VİDEO

Avtosfer TV 29 Mart 2018 19:33 Oxunub 2910
İçkili üç qadın oğlanı taksi ilə qaçırmaq istədilər - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar hadisə səbəbi ilə 47 dollar və 7 gün həbs cəzası alıblar

Çində maraqlı hadisə baş verib. Belə ki, 20 yaşları olduğu bildirilən üç gənc qadın bar çıxışında taksi gözləməyə başlayıblar. Həddindən artıq içkili olduqları iddia edilən qadınlar, yol kənarında sevgilisi ilə birlikdə taksi gözləyən bir oğlan onlara yaraşıqlı gəib. Həmin anda gələn taksini saxlayan qadınlar oğlanı da avtomobilə mindirmək qərarına gəliblər. Nə baş verdiyini anlamayan şəxs qadınlarla mübarizə aparan zaman yanındakı qız barın qarşısındakı dayanan qorumaları köməyə çağırıb. Qorumalar qadınlara müdaxilə edən zaman, qadınların dostu olduğu bildirilən bir nəfər də hadisəyə müdaxilə edib. Yaşanan dava-dalaşda qorumalardan biri yaralanıb. Hadisə yerinə gələn polis üç qadını və dostları olan şəxsi həbs ediblər.

Qadınların verdikləri ifadədə oğlanın yaraşıqlı olduğunu və onunla vaxt keçirmək istədiklərini bildiriblər. Onlar hadisə səbəbi ilə 47 dollar və 7 gün həbs cəzası alıblar. Davada iştirak edən dost isə 80 dollar pul cəzası alıb.

Avtosfer.az haberler.com-a istinadən həmin görüntüləri təqdim edir:

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh