Kirayə avtomobillərə tələbat artıb

Avtoxəbər 30 Mart 2018 21:11 Oxunub 1143
Kirayə avtomobillərə tələbat artıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əsas səbəb ölkəyə turistlərin daha çox gəlməsidir

 

Bakıda kirayə avtomobillərə tələbat əvvəlki illərlə müqayisədə artıb. Avtosfer.az-ın məlumatına görə, kirayə avtomobil xidməti göstərən şirkətlərin sayının çoxalması bunu deməyə əsas verir. Ötən illərə nisbətən belə şirkətlərin sayı təxminən 50 faiz artıb.

Kirayə avtomobil bazarında təlabatın artmasının əsas səbəbi isə ölkəyə gələn turistlərdir.

Amma tək əcnəbilər deyil, yerli sakinlərin də son vaxtlar kirayə avtomobil bazarına müraciətləri çoxalıb. Əsas tələbat nisbətən ekonom və daha çox sərnişin tutumu olan avtomobillərədir. Qiymətlər isə avtomobilin markasına və götürüldüyü müddətə görə dəyişir.

Kirayə avtomobil heç də hər kəsə verilmir, bunun üçün maşını götürən şəxsdən xüsusi öhdəliklər tələb olunur. Hər hansı yol-nəqliyyat hadisəsi baş verərsə, icarə götürən dəymiş ziyanın yalnız bir hissəsini ödəyir.

Bundan əlavə, toy üçün bir günlük bahalı avtomobil götürənlər də az deyil. Dağlıq rayonlara gedənlər isə "offroad" tipli avtomobil götürməyə üstünlük verirlər.

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh