Son iki gündə Azərbaycanda yol qəzalarında 9 nəfər ölüb

Qaydalar 2 Aprel 2018 09:39 Oxunub 1462
Son iki gündə Azərbaycanda yol qəzalarında 9 nəfər ölüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Mart ayının 31-dən aprelin 2-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmıtindən Avtosfer.az-a daxil olan məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində 196 cinayət faktı qeydə alınıb, onların da 37-si “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 31 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə 44 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 9 nəfər ölüb, 16 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 20, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.

 

Emin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh