Avropa istehsalı olan dövlət maşınları satışa çıxarıldı – QİYMƏTLƏR

Avtoxəbər 2 Aprel 2018 16:23 Oxunub 1466
Avropa istehsalı olan dövlət maşınları satışa çıxarıldı – QİYMƏTLƏR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobillər üçün 10 faiz beh tələb edilir

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mayın 1-də dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək.  Komitədən Avtosfer.az-a bildirilib ki, budəfəki hərraca 199 dövlət əmlakı çıxarılıb.

Bunlardan 24-ü səhmdar cəmiyyətləri, 93-ü kiçik dövlət müəssisəsi, 73-ü qeyri-yaşayış sahəsi, doqquzu isə nəqliyyat vasitəsidir.

Qeyd edək ki, hərraca çıxarılan nəqliyyat vasitələrinin markaları müxtəlifdir.

Həmin avtomobillərin ilkin start qiyməti 5 min manatdan 21 min 500 manat arasında dəyişir. Avtomobillərin əksəriyyəti Avropa istehsalı olan maşınlardır. Buraxılış tarixləri isə 1994-2010-cu illəri əhatə edir.

Buraxılış ili 2006-cı il olan “BMW 730” avtomobilin start qiyməti 21 500 manat, “Chevrolet Epica” (2008) 8000 manat, “Chevrolet Epica” (2010) 9500 manat, “QAZ-31105” (2006) 1600 manat, “BMW-320” (2007) 5200 manat, “BMW-320” (2006) 5000 manat, “Ford Tranzit” (2008) 9000 manat, “KAMAZ 55102” (1994) 5250 manat təşkil edib.

Avtomobillər üçün 10 faiz beh tələb edilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh