Avtomobil şosunda ilin avtomobili seçildi - FOTO

Avtodünya 2 Aprel 2018 18:14 Oxunub 1954
Avtomobil şosunda ilin avtomobili seçildi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu şou artıq 118-ci dəfə keçirilir

Martın 30-dan Nyu-Yorkda beynəlxalq avtosalon fəaliyyətə başlayıb. Bu şou artıq 118-ci dəfə keçirilir. Bu dəfə qonaqlara bir mindən artıq ekspanat göstəriləcək. Dünya avtomobil sənayesinin yenilikləri ilə tanış olmaq üçün 1 milyon nəfərin gələcəyi gözlənir. Arzu edənlər öz gözləri ilə bütün avtomobilləri görə biləcəklər. Bunun üçün onların bilet üçün 17 dollar ödəməsi kifayətdir. Avtosalonda nümayiş etdirilən avtomobillərin əksəriyyəti ABŞ-da satılacaq. Burada təmtəraqlı təqdimatdan başqa, “İlin dünya avtomobili-2018” müsabiqəsi də keçirilir.  Minlərlə eksponat arasından yaxın illərdə bizim yollarda da görə biləcəyimiz avtomobillər var. “İlin dünya avtomobili-2018” müsabiqəsinin qalibi krossover Volvo XC60 olub. Avtomobildə yüksək City Safety təhlükəsizlik texnologiyası həyata keçirilir. Bu texnologiya qəzaya düşmə riskini minimuma endirir.  Model müsabiqədə, Kia Stinger, Land Rover Discovery, BMW X3, Mazda CX-5, Range Rover Velar, Toyota Camry və s. kimi rəqiblərlə finalda mübarizə aparıb.

1. Volvo XC60 

http://avtosfer.az/upload/news/0c6467.jpg

2. Toyota RAV4

http://topruscar.ru/sites/default/files/news/news308_006.jpg

3. Kia K900 4. 

http://avtosfer.az/upload/news/46ef01.jpg

4. Hyundai Tucson

http://avtosfer.az/upload/news/bf98ab.jpg

5. Audi RS 5 Sportback

http://avtosfer.az/upload/news/115d10.jpg

6. Volkswagen Teramont

http://avtosfer.az/upload/news/a2fc5a.jpg

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh