Yol polisinə sürücüləri qovmaq səlahiyyəti verilib?

Yazarlar 9 Aprel 2014 00:00 Oxunub 2189
Yol polisinə sürücüləri qovmaq səlahiyyəti verilib?
WhatsApp kanalımıza abunə ola bilərsiniz
ƏRŞAD HÜSEYNOV: «BU YENİLİK DEYİL VƏ TƏKLİF OLUNAN DƏYİŞİKLİK SIRF TEXNİKİ MƏSƏLƏDİR»

Mətbuatda "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında" qanun layihəsi hazırlandığı ilə bağlı məlumat yayılıb. Məlumata görə, bundan sonra nəqiyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli bilinməsi barədə dəqiq məlumat olduqda yol polisi onu təqib edə bilər, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə edə bilər. Qanun layihəsində nəzərdə tutulan dəyişikliyə əsasən, "Yol hərəkəti haqqında" qanunun 85-ci maddəsində (Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının hərəkətləri) 2-ci bəndin "Qeyd" hissəsinin dördüncü cümləsi aşağıdakı redaksiyada veriləcək:

«Nəqiyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli bilinməsi barədə dəqiq məlumat olduqda, yaxud nəqliyyat vasitəsinin sürücüsü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radio-cihaz vasitəsilə məlumat verilməklə təqib edilə bilər, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə edilə bilər».

Məsələyə münasibət bildirən ekspert Ərşad Hüseynov isə deyir ki, bu yenilik deyil və təklif olunan dəyişiklik sırf texniki məsələdir: «Bu müddəalar onsuz da «Polis haqqıda qanunun» 20-ci maddəsinin 9-cu bəndində var idi. Polisin fəaliyyəti ilə bağlı bütün məsələlər isə həmin qarunla müəyyənləşir. İndii bu bəndin oradan olduğu kimi götürülüb «Yol hərəkəti haqqında» qununun 85-ci maddəsinə əlavə edilməsi heç nəyi dəyişmir».

Ucnoqta.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh