Qaydalardan xəbərsiz taksi sürücüsü görün nələr edir - VIDEO

Avtosfer TV 3 Aprel 2018 15:10 Oxunub 2390
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Özü də YPX əməkdaşlarının gözü qarşısında

Qayda pozmağa adət etmiş sürücülər az deyil. Elə təqdim edəcəyimiz videodakı sürücü də deyəsən belələrindəndir. Görüntülər Abdulvahab Salamzadə küçəsində qeydə alınıb. Yol ayrıcında sağa və düz dönmə var. Düz getdikdə körpünün üstünə, sağa isə körpünün altına istiqamətlənir. 90 UZ 540 dövlət nömrə nişanlı avtomobilin sürücüsü isə görünür, taksi idarə etməyinə baxmayaraq qaydalardan tam xəbərsizdir. Belə ki, sağdan ötmə edərək sola doğru istiqamətlənir və sağa - öz yoluna dönmək istəyən sürücünün qarşısına çıxaraq qəza şəraiti yaraddır. Maraqlıdır ki, bütün bunları o, ərazidə xidmət aparan YPX avtomobilin gözü qarşısında edir. Avtosfer.az görüntüləri təqdim edir:

 

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh