Bu yolda yol nişanı sürücüləri çətin duruma salır - Video

Yazarlar 3 Aprel 2018 21:35 Oxunub 1714
Bu yolda yol nişanı sürücüləri çətin duruma salır - Video
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülər yol nişanının səhv qoyulmasını iddia edir

Paytaxtın mərkəzində yol nişanın düzgün qoyulmaması sürücüləri çaşdırır. Avtosfer.az xəbər verir ki, bəzi sürücülərin iddiaasına görə, sürətin saatda 90 kilometr olduğu bir yolun yardımçı yolla birləşməsində 90 sürətin bitdiyini bildirən nişan ən azından bir neçə yüz metr əvvəl qoyulmalıdır. Üstəlik nişanın qoyulduğu yerdə sərt döngə və eniş var. Paytaxtın ən işlək prospektində yol nişanının səhv qoyulması sürücülər arasında çaşqınlığa səbəb olub. Söhbət Heydər Əliyev prospektinin Nərimanov rayonu ərazisində düşən hissəsindən gedir. Bir çox sürücülər biliriir ki, prospketdə orta yolda sürət həddi saatda 90 kilometrdir. Amma metronun ''Koroğlu'' stansiyasından üzü şəhər istiqamətdə gələrkən əsas yolla yardımçı yollun birləşdiyi nöqtədə 90 sürəti bildirən nişanın üstündən xətt çəkilib. Yəni sürət həmin hissədə 60-a enir. Sürücülər iddia edirlər ki, sürətin aşağı düşməsini bildirən nişan həmin kəsişməyə qədər bir neçə yerdə təkrar olunmalıdır. Sürücülər naşı həmkarlarının bu ərazidə tez-tez qəza törətdiklərini də deyirlər. Onlar ümumiyyətlə həmin ərazidə sərt döngə və enişin olmasını bildirən nişanın da qoyulmasını təklif edirlər.

Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, nəqliyyat axının birləşdiyi yerdə sürətin aşağı salınması ilə bağlı nişanlar bir qədər əvvəldə qoyulmalıdır. Bu yol hərəkətində təhlükəsizliyi təmin etmək üçün ən yaxşı vasitədir.

Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, sabah əraziyə baxış keçiriləcək. Həqiqətən də sürücülərin dediyi kimi ərazidə problem varsa çatışmazlıq aradan qaldırılacaq. 

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh