Bu küçədə hər iki tərəfdə dayanmaq qadağan edildi - FOTO

Yeniliklər 4 Aprel 2018 09:28 Oxunub 1293
Bu küçədə hər iki tərəfdə dayanmaq qadağan edildi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisi sürücülərə xəbərdarlıq edir

Bakıda Səməd Vurğun küçəsi ilə Zərifə Əliyeva küçəsinin kəsişməsində, Tarix muzeyinin sağ tərəfində yeni dayanma-durma nişanı quraşdırılıb. Avtosfer.az xəbər verir ki, küçənin bu hissəsində əvvəllər sağ tərəfdə avtomobil saxlamaq qadağan idi. Sol tərəfdə isə park etməyə icazə verilirdi. Bakıda keçiriləcək “Formula -1” yarışları ilə əlaqədar olaraq ərazidə quraşdırma işləri aparıldığı üçün sol tərəfə də dayanma-durma nişanı qoyulub.

Avtosfer.az xəbərdarlıq edir ki, həmin hissədə avtomobil saxlamasınlar. Əks halda 20 manat məbləğində cərimə ediləcəklər.

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh