Evakuator üstündəki traktorla birgə aşdı: xəsarət alan var - Şamaxıda

Qaydalar 4 Aprel 2018 11:16 Oxunub 3032
Evakuator üstündəki traktorla birgə aşdı: xəsarət alan var - Şamaxıda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Evakuatotun sürücüsü bədən xəsarətləri alıb

Şamaxı rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, Şamaxı-Muğanlı-İsmayıllı yolunda Bakının Nardaran qəsəbə sakini, 1971-ci il təvəllüdlü Nuriyev Akif Arif oğlunun idarə etdiyi 90-KP-813 dövlət nömrə nişanlı, “Mercedes” markalı evakuator yedəyindəki traktorla birgə Muğanlı aşırımındakı yolun döngəsində idarəetmənin itməsi səbəbindən aşıb. Hadisə nəticəsində evakuatotun sürücüsü Akif Nuriyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Şamaxı rayon Təcili tibbi yardım stansiyasının həkimləri ona yardım göstəriblər.

Faktla bağlı araşdırma aparılır.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh