Yol polisi süpürgəçilər üçün xüsusi geyimlər payladı - FOTO - VIDEO

Yol polisi 5 Aprel 2018 12:33 Oxunub 5762
Yol polisi süpürgəçilər üçün xüsusi geyimlər payladı - FOTO - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Jiletlərin işıqqaytarma funksyası var

Bu gün Suraxanı rayon İcra Hakimiyyətində Bakı şəhər Dövlət Yol polisi İdarəsi və Suraxanı rayon DYP Şöbəsi əməkdaşlarının iştirakı ilə tədbir keçirilib. Tədbirdə DŞDYPİ-nin hərəkətin təşkili şöbəsinin rəisi, polis polkovnik-leytenantı Eyvaz Şahverdiyev, Suraxanı rayonu DYP Şöbəsinin rəisi, polkovnin-leytenant Sadıx Abasov, rayon icra hakimiyyəti başçısının 1-ci müavini Rəşad Hacıyev və digər şəxslər iştirak ediblər. Avtosfer.az-ın müxbiri xəbər verir ki, tədbirdə rayon ərazisində fəaliyyət göstərən 100-ə yaxın kommunal-təsəruffat birliyi işçilərinə xüsusi jiletlər təqdim olunub. Həmin jiletlər şəhərin küçələrində kommunal-təsərüfat işləri ilə məşğul olan, küçələri süpürən və təmizləyən işçilərə təqdim edilib.

Jiletlər Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun təşəbbüsü ilə idarənin vəsaiti hesabına alınıb. Təxminəm 500-ə yaxın jilet Bakı şəhərini əhatə edən rayonlarda fəaliyyət göstərən təmizlik işçilərinə veriləcək. Jiletlərin işıqqaytarma funksyası var.  Həmçinin 3 rejimdə xüsusi batariya ilə işləyir. 

Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, əsas məqsəd yol qəzalarının qurbanı olan işçilərin həyatını təhlükədən qorumaqdır. “Bakı şəhəri ərazisində təmizlik işləri aparan şəxslərin avtomobillə vurulması halları böyük narahatlıq doğurur. Buna görə də qabaqlayıcı tədbirlərin həyata keçirlməsi zəruriliyi yaranıb. Magistral yollarda, küçə və prospektlərdə təmizlik işləri aparan şəxslər üçün yeni geyimlər hazırlanıb. Bu gün təmizlik işləri aparan 500 nəfərə yeni geyimlər paylanılacaq. Bu geyimlərin əsas üstünlüyü üzərində xüsüsi işıq qaytarıcılarının olmasıdır. Həmin işıq qaytarıcıları sürücülərin diqqətini cəlb etmək və baş verə biləcək piyada vurulması hallarının qarşısının alınması üçün nəzərdə tutulub". 

 

 Orxan Əli

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh