15 avtomobil hərracda satılıb

Avtobazar 5 Aprel 2018 15:50 Oxunub 1650
15 avtomobil hərracda satılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Martın 27-də və aprelin 3-də ləğv prosesində

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) Respublika Xammal və Əmtəə Birjası vasitəsilə martın 27-də və aprelin 3-də ləğv prosesində olan bir sıra bankların balansındakı əmlakların satışı üzrə açıq hərrac keçirib. "Report" Fonda istinadən xəbər verir ki, hərracın nəticələrinə əsasən, “Bank Standard” QSC-nin balansındakı 1 ədəd “Toyota Avalon”, 5 ədəd “Toyota Corolla”, 2 ədəd “Mitsubishi Lancer”, 4 ədəd “Hyundai Accent”, 1 ədəd “Daewoo Nexia”, 1 ədəd “Jeep Grand Cherokee” minik avtomobilləri və 2 ədəd bankomat hərracda satılıb.

Bundan başqa, “Kredobank” ASC-nin balansındakı qeyri-yaşayış sahəsi, 1 ədəd “Lexus LS460” avtomobili və “Texnikabank” ASC-nin balansındakı 1 ədəd “QAZ-3302-18” yük avtomobili sahibini tapıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh