Bakıda yol nişanını əcaib formada quraşdırdılar - DYP düzəltdi

Yol polisi 5 Aprel 2018 18:30 Oxunub 1285
Bakıda yol nişanını əcaib formada quraşdırdılar - DYP düzəltdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Geriyə dönmə nişanıdır, külək əyib

Bakı şəhər Nərmanov rayonu Əhməd Rəcəbli küçəsində yol nişanı səhv quraşdırılıb. Bunu Teleqraf.com-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. Onun sözlərinə görə, hazırda həmin küçədəki yol nişanı ilə bağlı araşdırma aparılır: “Geriyə dönmə nişanıdır, səhv quraşdırılıb. Həmin nişan kim tərəfindən və necə quraşdırılması ilə bağlı hazırda araşdırma aparılır”. Vaqif Əsədov qeyd edib ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları yol nişanını küçədən yığışdıracaqlar.

Qeyd edək ki, Bakı şəhər Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində quraşdırılmış geriyə dönmək işarəsi tərs vurulub.

DYP-dən Avtosfer.az- bildirdilər ki, artıq həmin nişan düzəldilib. Onu külək əyibmiş.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh