Bu nazirlik Neftçala avtomobil zavodundan 140 minlik maşın aldı

Avtobazar 5 Aprel 2018 23:49 Oxunub 7536
Bu nazirlik Neftçala avtomobil zavodundan 140 minlik maşın aldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nazirlik 14 min manata olan 10 ədəd maşın sifariş edib

Neftçalada yerləşən "Xəzər" zavodunun istehsal etdiyi avtomobillərin ilk sifarişçisi İqtisadiyyat Nazirliyidir. Avtosfer.az xəbər verir ki, bu barədə təqdimat mərasimində "Azərmaş" ASC-nin İdarə Heyətinin sədri Emin Axundov deyib. O bildirib ki, nazirlik 14 min manat qiymətində olan 10 ədəd maşın (ümumilikdə 140 min manat) alıb.

Qeyd edək ki, “Xəzər” zavodunda "Dena", "Rana", "Soren", "Samand" markalı avtomobillər, eləcə də "Peugeot"un bir sira modelləri istehsal ediləcək. Zavodun istehsal gücü ildə 10000 avtomobil təşkil edir. Maşınların mühərriki 1,7 at gücündədir, qiymətləri isə 14-16 min arasında dəyişir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh