"​Avtobusdakı davaların 80 faizini sərnişinlər yaradır" – Daşıyıcı şirkətdən AÇIQLAMA

Yazarlar 6 Aprel 2018 08:58 Oxunub 1275
"​Avtobusdakı davaların 80 faizini sərnişinlər yaradır" – Daşıyıcı şirkətdən AÇIQLAMA
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Paytaxtda bütün marşrut avtobusları kartla fəaliyyət göstərməlidir

“Avtobusda sərnişinlər arasında dava”, “Bakıda sərnişin sürücünü döydü”, “Avtobusda gənc oğlan qadına əl qaldırdı” və s. başlıqlı xəbərlər son günlər medianın prioritet xəbərləri sırasına keçib. İctimai nəqliyyatda yaşanan bu cür xoşagəlməz hadisələr müəyyən səbəblərdən formalaşır. Bu səbəblər hansılardır və onlara qarşı hansı tədbirlər görülür?

Bununla bağlı sualımızı cavablandıran “Xaliq Faiqoğlu” MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Nizam Rzayev Metbuat.az-a açıqlamasında bildirib ki, neqativ halların 80%-dən çoxu sərnişinlər tərəfindən törədilir: “İctimai nəqliyyatdan hər gün yüz minlərlə insan istifadə edir və cəmiyyətin digər sahələrində olduğu kimi bəzən avtobuslarda da müəyyən insidentlər, xoşagəlməz hadisələr baş verir. Yəni bunun sırf ictimai nəqliyyat sistemindən qaynaqlanan problem olduğunu düşünmürük və hər zaman rast gəlinən hallardır. Bildiyiniz kimi “Xaliq Faiqoğlu” şirkətinin istismarında olan bütün avtobuslarda video-müşhidə sistemləri quraşdırılıb. Bu insanları həm məsuliyyətli və diqqətli olmağa sövq edir, həm də baş verən hadisələrin ictimailəşdirilərək aqressiv davranış göstərən, digər sərnişinlərin rahatlığını pozan şəxslərə qarşı qınağın formalaşmasına kömək edir. Digər tərəfdən bu kameraların köməyi ilə polis orqanları tərəfindən bu günə kimi onlarla yüngül və orta dərəcəli cinayətlərin üstü açılıb.

Ümumilikdə isə ictimai avtobuslarda baş verən kiçik insidentlərə, insanların bir-biri ilə sərt rəftar etməsinə ilk olaraq oradakı digər sərnişinlər müdaxilə edərək sakitliyi bərpa etməlidir. Bəzi hallarda bu mümkün olmadıqda sürücülər polisə müraciət edə bilər ki, belə hallar nadir rast gəlinir. Biz sürücülərimizi məlumatlandırmışıq ki, xidmət zamani hər hansı bir kobudluq edən və ya hər hansı bir yol hərəkəti qaydalarını pozan şəxslərə müvafiq formada töhmət elan edilir. Bizim xətlərimiz kart sistemində işləyir. Yüzlərlə sürücü həmin xətlərdə sürücü kimi işləməyə çalışır. Hansı sürücü bilərəkdən özünə problem yaradar? Müşahidələrimiz göstərir ki, neqativ halların 80 faizdən çoxu sərnişinlər tərəfindən törədilir. Bir çox hallarda sərnişinlər kart vasitəsi ilə ödəniş etmədən avtobusa daxil olmağa çalışır. Sürücü isə bilir ki, buna icazə versə cərimə edilə bilər, ona görə də imkan vermir və beləliklə insident yaranır. Bəzən isə sərnişinlər sürücünün dayanacaqdan kənarda saxlamasını tələb edir. Hətta sürücüyə qırmızı işıqda təzyiq göstərərək hərəkəti davam etdirməsini tələb edənlər də olur. Biz daim sərnişinlərə göstərdiyimiz xidmətin keyfiyyətini artırırıq. Lakin bəzi hallarda şəhərdə nəqliyyat sistemindəki natamamlıq insanları özündən çıxarır. Məsələn, bizim avtobuslarla kartla hərəkət edən sərnişin şəhərin tamamilə başqa istiqamətində nəğd ödəniş etmək məcburiyyətində qalır. Hesab edirik ki, paytaxtda bütün marşrut avtobusları kartla fəaliyyət göstərməlidir. Belə olarsa, neqativ hallar da xeyli azalar”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh