Özlərini oda-alova atıb insanları xilas edən polisləri siz də tanıyın - FOTO

Yol polisi 6 Aprel 2018 01:28 Oxunub 1416
Özlərini oda-alova atıb insanları xilas edən polisləri siz də tanıyın - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sanatoriyadakı yanğında 23 nəfərin xilas edilməsində polislər xüsusilə fərləniblər

Aprelin 3-də saat 13:00 radələrində Sabunçu rayonu Pirşağı qəsəbəsindəki “Gilavar” sanatoriyasında məcburi köçkün Səidə Səfərovanın qaldığı mənzildə yanğın baş verib. Həmin ərazidə xidmət aparan Əlahiddə Çevik Polis Alayının əməkdaşları dərhal tüstünün qalxdığını görüb, hadisə yerinə gəliblər, rəhbərliyə müvafiq məlumat verilib. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yanğın söndürülənə qədər qonşuluqda yaşayan digər vətəndaşlar tüstüdən zəhərlənmək təhlükəsi ilə üz-üzəqalmışdılar. Hadisə zamanı binada olan 23 nəfər polis və yanğın təhlükəsizliyi xidməti əməkdaşlarının çevik müdaxiləsi və yaxından köməkliyi ilə təxliyə ediliblər. Onlardan 8 nəfər Bakı şəhər 1 saylı kliniki xəstəxanaya yerləşdirilib.

Sakinlərin təhlükəsizliyinin təmin edilməsində polis serjantları Elmar Hüseynov, Əli Dadaşov, Zəka Kərimov, Afəddin Nəbiyev, Siyavuş Abbasov, Zöhrab Salmanov xüsusilə fərqləniblər.

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh