“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi komandasını dəyişə bilər

Yeniliklər 6 Aprel 2018 11:37 Oxunub 1250
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi komandasını dəyişə bilər
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun 2019-cu ildə Kimi Raykkoneni əvəzləyəcəyi bildirilir

“Formula-1” üzrə 2017-ci il Azərbaycan Qran-prisinin qalibi Daniel Rikkardo komandasını dəyişə bilər.

“Report”un motorsport.com-a istinadən xəbər verir ki, hazırda “Red Bull”un heyətində yer alan 29 yaşlı avstraliyalı pilot “Ferrari” ilə danışıqlar aparıb və ilkin müqavilə bağlayıb. Onun 2019-cu ildə Kimi Raykkoneni əvəzləyəcəyi bildirilir.

Qeyd edək ki, oktyabrda 39 yaşı tamam olacaq Raykkonenin “Ferrari” ilə müqaviləsinin müddəti 2018-ci ilin sonunda başa çatır. Həmçinin 2011-ci ildən “Formula 1”də çıxış edən Rikkardonun da “Red Bull” ilə sözləşməsi cari mövsümün sonunda bitir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh