DİQQƏT: Bu yollar bağlanacaq!

Yarışma 6 Aprel 2018 11:39 Oxunub 2127
DİQQƏT: Bu yollar bağlanacaq!
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aprelin 8-i və 9-zu gecə saatlarında

“Formula 1” üzrə Azərbaycan Qran Prisinə hazırlıq işlərinin görülməsi səbəbindən trekin bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən Avtosfer.az- a verilən məlumata görə, aprelin 7-nə keçən gecə Azneft dairəsində tribunanın tikintisi ilə əlaqədar kiçik radiuslu dairə quraşdırılacaq. Burada hərəkət hissəsi əvvəlki vəziyyəti ilə müqayisədə nisbətən daraldılacaq. Aparılan tikinti-quraşdırma işləri ilə əlaqədar aprelin 8-nə keçən gecə Üzeyir Hacıbəyov küçəsinin Puşkin küçəsi ilə Azadlıq prospektinin arasında olan hissəsində hərəkət zolaqlarının sayı azaldılacaq.

Həmçinin, aprelin 9-da gecə saatlarından etibarən Səməd Vurğun küçəsinin Zərifə Əliyeva küçəsi ilə Neftçilər prospekti arasında olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Bundan başqa, aprelin 12-nə keçən gecə Neftçilər prospektinin Dəniz vağzalının qarşısına düşən hissəsində yolun hərəkət hissəsi daraldılacaq.

Qeyd edək ki, Azərbaycan Qran Prisi 27 – 29 apreldə keçiriləcək.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh