“Toyota” 314 minə yaxın avtomobili geri çağırır

Avtodünya 6 Aprel 2018 20:15 Oxunub 1624
“Toyota” 314 minə yaxın avtomobili geri çağırır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Corolla”, “Vios”, “Yaris”, “Leahead” və “Alphard” modellərində problem var

Yaponiyanın “Toyota” korporasiyası Çin bazarında satdığı 313 min 712 avtomobili təhlükəsizlik yastıqlarındakı qüsurlara görə geri çağırır. Avtosfer.az xəbər verir ki, Çinin Keyfiyyətə Nəzarət, Təftiş və Karantin Baş Administrasiyasının yaydığı məlumata görə, geri çağırılan avtomobillər həm “Toyota”nın Çindəki birgə müəssisələrində istehsal olunan, həm də xaricdən idxal edilənlərdir. Buraya “Corolla”, “Vios”, “Yaris”, “Leahead” və “Alphard” modellərindən olan avtomobillər daxildir.

Administrasiyanın mütəxəssisləri hesab edirlər ki, həmin avtomobillərin təhlükəsizlik yastıqlarının normal çalışmaması sürücü və sərnişinlərin həyatına təhlükə yarada bilər. İstehsalçı şirkət qüsurlu detalları öz hesabına dəyişəcək.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh