Gəncədə sürücünü qətlə yetirən "avtoş"lara cəza: 36 il 6 ay

Qaydalar 6 Aprel 2018 22:46 Oxunub 1987
Gəncədə sürücünü qətlə yetirən "avtoş"lara cəza: 36 il 6 ay
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlar hərəkətlərinə etiraz edən sürücünü bıçaqlayıblar

Gəncə şəhərində qətl törətməkdə təqsirli bilinən Arzu Namazov və Elşən Mürsəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az Teleqraf.com-a istinadən xəbər verir ki, 2017-ci il mayın 1-də saat 23 radələrində sərxoş vəziyyətdə olan Elşən Mürsəlov Gəncə şəhəri Kəpəz rayonu, Məhsəti qəsəbəsində yol hərəkəti qaydalarını pozub. Onun yanında Arzu Namazov adlı tanışı da olub. Gənclər şəhər sakini Sakit Alıyevin idarə etdiyi “Nissan X-Trail” markalı avtomobilin hərəkətinə maneə törədiblər. Sakit Alıyev maşından düşərək dostlara yaxınlaşıb, irad bildirib. Onlar mübahisə ediblər. Sakit Alıyev polisə müraciət edəcəyini deyib. Bu sözdən hiddətlənən Elşən Mürsəlov və Arzu Namazov Sakit Alıyevə hücum edərək onu döyüblər. Daha sonra Arzu Namazov bıçaqla Sakit Alıyevi vurub. Bıçaq xəsarəti alan Sakit Alıyev ölüb.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 221.2.1-ci (bir qrup şəxs və ya təkrar xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib. Təqsirləndirilən şəxslərin cinayət işi araşdırılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Zabil Qasımov sədrliyi ilə baş tutan prosesdə cinayət işi üzrə araşdırma aparılıb. Məhkəmənin hökmü ilə mmüddətinə azadlıqdan məhrum edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh