Yol polisi universal döyüş üzrə çempion oldu - FOTO

Yol polisi 7 Aprel 2018 02:46 Oxunub 6146
Yol polisi universal döyüş üzrə çempion oldu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Nicat Əliyev Heydər Əliyevin xatirəsinə həsir olunmuş turnirlərdə 6-cı dəfədir qalib gəlir

Aprelin 6-da ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş universal döyüş üzrə beynəlxalq turnir keçirilib. Avtosfer.az xəbər verir ki, turnirdə 75 kq çəki dərəcəsində Nicat Əliyev çempion olub. O, bundan əvvəl həmin idman növü üzrə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsir olunmuş turnirlərdə 5 dəfə qalib olub.

Nicat Əliyev Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayının əməkdaşı, polis kiçik serjantıdır. O, sambo idman növündən dəfələrlə respublika və beynəlxalq turnirlərin qalibi olub. Universal döyüş üzrə 12 dəfə Azərbaycan çempionu adını qazanıb. Kişiler arasında 4 qat Dünya və 5 qat Avropa çempionu olub.

Ötən ilin sonunda Prezident İlham Əliyev Nicat Əliyevə mənzil hədiyyə edib.

 

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh