Bu günədək Gəncə Avtomobil Zavodunda 10 min traktor yığılıb - FOTO

Texnologiya 8 Aprel 2018 14:33 Oxunub 1541
Bu günədək Gəncə Avtomobil Zavodunda 10 min traktor yığılıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onlardan 8 466-sı dövlət sifarişi əsasında “Aqrolizinq” ASC-yə verilib

Bu gün Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin “Aqrolizinq” ASC-nin Gəncə rayonlararası təchizat bazasında “Aqrolizinq” ASC-yə müqavilə əsasında təhvil verilən Gəncə Avtomobil Zavodu İstehsalat Birliyində istehsal olunan, pambıqçılıqda istifadə olunan “MTZ 80 X” markalı 150 ədəd və “1221” markalı 120 ədəd traktorlara baxış keçirilib.

Avtosfer.az-ın nazirliyə istinadən verdiyi xəbərə görə, tədbirdə kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, “Aqrolizinq” ASC-nin, Gəncə Avtomobil zavodunun və Maşın Sınaq Stansiyasının nümayəndələri iştirak ediblər.

Traktorların texniki vəziyyətini nəzərdən keçirən nazir müavininə məlumat verilib ki, “Aqrolizinq” ASC tərəfindən təkminləşdirilmə üçün nəzərdə tutulan bütün dəyişikliklər Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi mütəxəssisləri tərəfindən aparılıb və pambıqçılıq təsərrüfatları üçün nəzərdə tutulan texnikalara qoruyucu şitlər və ağırlaşdırıcı yüklər quraşdırılıb. Azərbaycanın bütün bölgələrinin aqrotexniki vasitələr və traktorlarla təminatının yaxşılaşdırılmasının daim diqqət mərkəzində olduğunu vurğulayan S.Talıbov gələcəkdə bu işlərin davam etdiriləcəyini qeyd edib:

“Bu gün demək olar ki, bölgələrdə kənd təsərrüfatını inkişaf etdirmək üçün bütün növ texnikalar və avadanlıq alınıb. Gəncə Avtomobil Zavodu ilə əməkdaşlığımız yenə də davam edir. Gələcəkdə bağçılığın və üzümçülüyün inkişafı istiqamətində aparılacaq işlər çərçivəsində mini traktorların və digər kiçik ölçülü kənd təsərrüfatı aqreqatlarının alınması nəzərdə tutulur. Bu gün bölgələrdə fermerlər Gəncədə istehsal olunan texnikaların keyfiyyətindən razılıq edirlər. Qarşıya çıxan hər bir xırda problem dərhal həll olunur”,- deyə kənd təssərrüfatı nazirinin müavini əlavə edib.

Texnikalara baxış zamanı “Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Elşən Məmmədov və Gəncə Avtomobil Zavodu İstehslat Birliyinin direktoru Kamran Nəzərov da iştirak ediblər. Söhbət zamanı ikitərəfli əməkdaşlıq, texnikaların təkminləşdirlməsi, yeni modellərin yığılması və görüləcək işlər barədə məsələlər müzakirə olunub.

Gəncə Avtomobil Zavodu İB-nin direktorunun sözlərinə görə, 2007-ci ildən dövlət sifarişi əsasında müxtəlif modeldə traktorlar və kənd təsərrüfatı texnikaları, asma avadanlıq, traktor qoşquları yığılaraq “Aqrolizinq” ASC-yə təhvil verilib.

“Bu günədək Gəncə Avtomobil Zavodu İB-də 10 000 ədəd müxtəlif markalı traktor yığılıb, onlardan 8 466-sı dövlət sifarişi əsasında “Aqrolizinq” ASC-yə verilib. Bu il “Aqrolizinq” ASC ilə yeni müqavilə imzalamışıq və 1000 traktor və 700 traktor qoşqusu istehsal edərək təhvil verəcəyik. Müəssisəmizdə istehsal olunan kənd təsərrüfatı texnikalarının keyfiyyətinə nəzarət etmək məqsədilə “Aqrolizinq” ASC-nin və Gəncə Avtomobil Zavodu İB mütəxəssislərindən ibarət qrup yaradılıb. Çalışırıq ki, fermerlər və iş adamları müəssisəmizdə istehsal olunan texnikaların keyfiyyətindən məmnun qalsınlar”,- K.Nəzərov əlavə edib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh