Afrika iki yerə bölünür - VİDEO

Avtosfer TV 9 Aprel 2018 00:07 Oxunub 1436
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gələcəkdə bu ərazi su altında qalacaq və Keniya bir adaya çevriləcək

Şərqi Afrikada baş verən geoloji proseslər yaxın gələcəkdə fəlakətli nəticələrə gətirib çıxara bilər. Avtosfer.az “Sputnik”ə istinadən xəbər verir ki, Afrika qitəsi yavaş-yavaş iki hissəyə bölünür, dərin çatlar yaranır. Bu da bölgədə nəqliyyat və şəhər infrastrukturu üçün təhlükə yaradır. Alimlərin iddiasına görə, Afrikanın şərq hissəsi 3-4 milyon il sonra materikdən tamamilə ayrılacaq. Torpaq qatının deformasiyaya uğraması böyük rift vadisindən Livandan Mozambikə və Qırmızı dənizə qədər ərazidə 6 min kilometrlik  geoloji çatın yaranmasına gətirib çıxarıb. Nubiya və Somalini bir-birindən ayıran iki piltənin bir-birindən ayrılma məsafəsi ildə 6-7 millimetr təşkil edir.

Gələcəkdə bu ərazi su altında qalacaq və Keniya bir adaya çevriləcək.

Qeyd edək ki, bölgədə baş verənləri əks etdirən video sosial şəbəkələrdə yer alıb. Bildirilir ki, çatın hazırkı eni 6 metr, dərinliyi 15 metrdir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh