Ramil Usubov tanınmış polkovnikin DYP-dəki oğlunu işdən çıxardı - Nöqsanlara görə

Yol polisi 9 Aprel 2018 01:10 Oxunub 2525
Ramil Usubov tanınmış polkovnikin DYP-dəki oğlunu işdən çıxardı - Nöqsanlara görə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Onun işdən azad olunmasına səbəb vətəndaşın şikayəti əsasında aparılan yoxlamalar olub

 Müdafiə Nazirliyinin keçmiş Mənəvi-psixoloji hazırlıq və İctimaiyyətlə Əlaqələr idarəsinin rəis müavini, hərbi xidmətdən tərxis edilmiş polkovnik Abdulla Qurbaninin oğlu polis orqanlarından azad olunub. Suraxanı Dövlət Yol Polisinin əməkdaşı Novruz Abdulla oğlu Qurbani xidmətdə verdiyi nöqsanlara görə daxili işlər orqanlarından xaric edilib. Onun işdən azad olunmasına səbəb vətəndaşın şikayəti əsasında aparılan yoxlamalar olub.

Suraxanı rayonu DYP Şöbəsinin rəisi, polkovnik-leytenant Sadıx Abbasov Unikal.org-a Novruz Qurbaninin işdən azad olunması faktını təsdiqləyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh