Ağsaqqal sürücü "protiv" getdi, gənc sürücü onu geri qaytardı - VIDEO

Avtoreyd 10 Aprel 2018 09:34 Oxunub 2733
Ağsaqqal sürücü "protiv" getdi, gənc sürücü onu geri qaytardı - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gənc sürücünün təkidindən sonra geri çəkilməyə məcbur olur

Bəzi sürücülər “protiv” getməyi sanki adət halına çeviriblər. Bir çox hallara gənclər bunu edəndə qinaq obyektinə çevrilirlər. Amma bu dəfə “protiv” gedən ağsaqqal qarşısını kəsdiyi gənc sürücünün təkidindən sonra geri çəkilməyə məcbur olur. Belə ki, hadisə Təbriz küçəsi ilə Tələt Şıxəliyev küçələrinin kəsişməsində baş verib. Yolda təmir getdiyi üçün “əşşi onsuz da fikir verən yoxdur deyib” özünü əziyyətə salmaq istəməyəb  90 NE 032 dövlət nömrə nişanlı “Nissan XTrail” markalı avtomobilin sürücüsü protiv getməyə cəhd edir. Təbii ki, o qarşı tərəfdən sürücünü yolunu kəsir. “Ağsaqqal adamam, yəqin, yol verərlər” fikirləşərək bir az gözləsə də yoluna çıxdığı sürücü onu geri dönməyə məcbur edir.

Avtosfer.az sözügedən videonu təqdim edir:

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh