Yalnız özünü düşünən sürücü iki yük maşınını qəzaya saldı - VIDEO

Avtosfer TV 14 Aprel 2018 16:19 Oxunub 2072
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Ağıllı sürücü” isə heç nə olmamış kimi yoluna davam edir

Bəzən elə sürücülər olur ki, hesab edirlər yolda yalnız özləridir. Hətta sürətli yollarda belə təhlükəli manevrlər edirlər. Elə təqddim edəcəyimiz videodakı sürücü də bunlardandır. Belə ki, avtomagistral ilə hərəkət edən sürücü sağa dönmə yerini keçir. Yolun sağı ilə deyil solu ilə hərəkət edir. Yol ayrıcına çatanda isə dayanır və təhlükəsizlik adacığını üstündən dönmək istəyir. Bu zaman arxadan gələn yük avtomobili onu vurmasın deyə yolunu dəyişir, nəticədə aşır. Bununla belə arxayın hərəkət edən sürücü sağa dönmə edir. İkinci yük avtomobili də qarşısına çıxan maneədən qaçmaq üçün əyləci basır və son anda avtomobili saxlaya bilir. Özünü  düşünən “ağıllı sürücü” isə heç nə olmamış kimi yoluna davam edir. 

Avtosfer.az sözügedən videonu təqdim edir:

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh