Tərtər şəhərində daha iki küçə yenidən qurulur - FOTO

Yeniliklər 9 Aprel 2018 12:27 Oxunub 1516
Tərtər şəhərində daha iki küçə yenidən qurulur - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Səki qıraqlarına bordürlər düzülür, istinad divarları aqlay və digər bəzək daşları ilə üzlənir

Cəbhə bölgəsində yerləşən Tərtərdə tikinti, abadlıq və quruculuq işləri davam etdirilir. Tərtər şəhərinin şəhid Nicat İsgəndərov küçəsindən sonra Nəriman Nərimanov və Mehdi Hüseynzadə küçələrində də yenidənqurma işlərinə başlanılıb. Avtosfer.az xəbər verir ki, bu barədə Tərtər Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin müdiri Tofiq Kərimov azərtac-ın bölgə müxbirinə bildirib ki, hər iki küçədə qaz, elektrik və rabitə xətləri qaydaya salınır. Səki qıraqlarına bordürlər düzülür, istinad divarları aqlay və digər bəzək daşları ilə üzlənir. Küçələrdə yol yatağına çınqıl materialı verilərək, asfalt örtük döşənir. Yenidənqurma işləri çərçivəsində küçələrdə dekorativ kollar əkiləcək, yaşıllıqlar salınacaq. Bundan başqa Prezident İlham Əliyevin 2017-ci il 29 noyabr tarixli Sərəncamı ilə Tərtər şəhərində 20 çoxmənzilli binanın fasad hissələri və giriş blokları əsaslı təmir edilir. Yaxın günlərdə isə Tərtər-Ağdərə, Tərtər-Goranboy avtomobil yollarının ətrafında və Heydər Əliyev adına parkda abadlıq-quruculuq işlərinə başlanılacaq.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh