"Azneft" dairəsində hərəkət dəyişdirildi - FOTO - VIDEO

Yol polisi 9 Aprel 2018 12:24 Oxunub 4673
"Azneft" dairəsində hərəkət dəyişdirildi  - FOTO - VIDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəzi küçə və yollarda hərəkət məhdudlaşdırılır

“Formula 1” Azərbaycan Gran Prisi yarışının keçirilməsi ilə əlaqədar olaraq Bakıda bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkət istiqaməti dəyişdirilib. Artıq Azneft meydanındakı dairə də ləğv edilib. Sürücülər qarşılıqı istiqamətdə hərəkət edirlər. Dairənin sağ tərəfində isə oturacaqlar quraşdırıldığı üçün yol daralıb. Avtosfer.az-a açıqlama verən Bakı şəhəri Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, yarışların rahat və təhlükəsiz keçirilməsi ilə əlaqədar olaraq bəzi küçə və yollarda hərəkət məhdudlaşdırılır, bəzilərində isə istiqamət fərqli formada təşkil edilir. “Sürücülərdən xahiş olunur ki, şəhərin mərkəzi küçələrindən maksimum dərəcədə az istifadə etsinlər.”

V.Əsədov Neftçilər prospektində hərəkət barədə məlumat verib. Bildirib ki, Bayraq meydanı istiqamətindən Azneft dairəsiə daxil olarkən yalnız düzünə hərəkət təşkil olunub. “Niyazi küçəsi istiqamətinə və yaxud geriyə qayıtmaq mümkün deyil. Eyni zamanda Niyazi küçəsindən Azneft dairəsinə düşərkən yalnız sağa Bayıl istiqamətinə və sola şəhər tərəfə hərəkət etmək olar. Geriyə qayıtmaq mümkün deyil. Şəhər istiqamətindən dairəyə daxil olduqda isə Niyazi küçəsi və Bayıl istiqamətinə hərəkət etmək mümkündür. Sola yaxud geriyə dönmək isə mümkün deyil.”

Vaqif Əsədov sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edib. “Mümkün qədər Neftçilər prosperktindən az istifadə etsinlər. Şəhərdə yaranan sıxlıqla əlaqədar gecikmələr ola bilər.”

Bölmə rəisi həmçinin Üzeyir Hacıbəyov və Puşkin küçələrindəki hərəkət barədə də danışıb. Bildirib ki, adıçəkilən küçələrin kəsişməsində müxtəlif qurğular quraşdırıldığı üçün yol daralıb və hərəkət sürəti intensiv deyil. “Yol polisi sürücülərdən xahiş edir ki, son günlər və yarış müddətində sürət həddinə və ara məsafəsinə diqqət yetirsinlər.”

 

Orxan

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh