"Şamaxinka"da "Milli ön" problemi - aparatlar işləmir, sərnişinlər gecikir 

Xəbərlər 9 Aprel 2018 12:30 Oxunub 1692
"Şamaxinka"da "Milli ön" problemi - aparatlar işləmir, sərnişinlər gecikir 
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu kimi hallar həmin ərazidə tez-tez baş verir

Bakı şəhəri Moskva prospektində (“Şamaxinka” kimi tanınan ərazi) yerləşən dayanacaqdakı “Milli ön” aparatlarının işləməmsi səbəbindən nəqliyyat kartına pul yükləmək istəyən insanların böyük növbəsi yayılıb. Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Sakinlər bildiriblər ki, insan axınının böyük olduğu ərazidəki 3 aparatdan yalnız “BakıKart”a məxsus olanı işləyir. Digər iki aparat isə nasazlıq səbəbindən işləmir.

Qeyd edilib ki, bu kimi hallar həmin ərazidə tez-tez baş verir və sərnişinlər kartlarına vəsait yükləyə bilmədiyindən getmək istədikləri ünvana gecikirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh