Bakıda avtobuslarda telefonu yükləmək mümkün olacaq - FОТО

Yeniliklər 9 Aprel 2018 17:41 Oxunub 1224
Bakıda avtobuslarda telefonu yükləmək mümkün olacaq - FОТО
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gələcəkdə bu xidmət digər marşrutlarda da tətbiq olunacaq

Bakıda 18 saylı marşrut xətti ilə hərəkət edən “Xaliq Faiqoğlu” şirkətinə məxsus “BMC Procity” avtobuslarında mobil qurğuların enerji ilə yüklənməsi üçün USB portlar quraşdırılıb.

Şirkətdən Avtosfer.az-a verilənməlumata görə, portlar salonda tutacaqlar üzərində yerləşdirilib. Hər avtobusda iki standart USB portu olan 4 qurğu yerləşdirilib. Əlavə olunub ki, daha bir “BMC Procity” avtobusu 61 saylı marşrutla hərəkət edir.

Bundan başqa, şirkətə məxsus 18, 65, və 61 saylı marşrutlarda pulsuz “Wi-Fi” xidməti mövcuddur. Gələcəkdə bu xidmət digər marşrutlarda da tətbiq olunacaq.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh