12 yaşlı oğlan maşın nömrəsinə 400 min dollar ödədi – FOTO

Avtoxəbər 10 Aprel 2018 19:11 Oxunub 1304
12 yaşlı oğlan maşın nömrəsinə 400 min dollar ödədi – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu məbləğ Quran oxucuları müsabiqəsində ödənilən mükafat imiş

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) 12 yaşlı oğlan dəyəri 400 min dollar olan avtomobil qeydiyyat nişanını alıb. Avtosfer.az yerli “National” qəzetinə istinadən xəbər verir ki, "1111" nişanına 1,5 milyon dirhəm ödənilib. Pulun üçdə biri 12 yaşlı Xəlif Məzruinin özünə məxsus olub. Bu məbləğ Quran oxucuları müsabiqəsində ödənilən mükafat imiş. Daha bir milyon dirhəmi oğlanın atası əlavə edib. Böyük bir ehtimalla yeni nömrə Xəlifi məktəbə aparan Mercedes-ə vurulacaq, National bildirir.

Əbu-Dabidə keçirilən polis hərracında nadir nişanların satışından əldə olunan gəlir polisin büdcəsinə yönləndirilir. BƏƏ-də sürücülük vəsiqəsi 18 yaşından alına bilər. Ötən il "1" nişanəsi rekord təşkil edən 31 mln dirhəmə (8,4 mln USD) satılıb.

Hərracda 60 nişanənin satışından 15 milyon dollara yaxın vəsait əldə edilib.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh