Videosu yayılan taksi sürücüsü cərimələndi - VİDEO

Avtoreyd 10 Aprel 2018 16:21 Oxunub 1674
Videosu yayılan taksi sürücüsü cərimələndi - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü Bakı Şəhər DYP idarəsinə dəvət olunub

Bir neçə gün əvvəl paytaxtın Abdulvahab Salamzadə küçəsində qayda pozaraq təhlükə yaradan 90-UZ-540 qeydiyyat nişanlı taksi sürücüsünün görüntüləri Avtosfer.az saytında yayılmışdı. Yayılan görüntülər əsasında sürücü Bakı Şəhər DYP idarəsinə dəvət olunub və barəsində inzibati xəta haqqında qərar qəbul olunaraq cərimələnib.

Yol ayrıcında sağa və düz dönmə var. Düz getdikdə körpünün üstünə, sağa isə körpünün altına istiqamətlənir. Sürücü isə sağdan ötmə edərək sola doğru istiqamətlənir və sağa - öz yoluna dönmək istəyən sürücünün qarşısına çıxaraq qəza şəraiti yaraddır. 

Həmin görüntüləri sizə yenidən təqdim edirik.

 

Fərid

ŞƏRH YAZ
Ad

E-mail

Şərh