Sağdan-soldan, sonra da qırmızı işıqdan keçən 10 PB 643 - VİDEO

Avtoreyd 12 Aprel 2018 13:34 Oxunub 4045
Sağdan-soldan, sonra da qırmızı işıqdan keçən 10 PB 643 - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qırmızı işıqda da hərəkəti davam etdirərək qaydaları kobud şəkildə pozub

Paytaxtın Dadaş Bünyadzadə küçəsində yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücünün görüntüləri Avtosfer.az-ın kamerasına düşüb. Qeyd etdiyimiz küçədə hərəkətdə olan 10-PB-643 qeydiyyat nişanlı "Hyundai Santafee" markalı avtomobilin sürücüsü öncə əks istiqamətli zolağa keçərək həm qarşıdan gələn sürücülərə, həm də sağ zolaqdakı sürücülərə maneə yaradıb. Sürücü sonra qarşıdakı svetoforun qırmızı işığında hərəkətini davam etdirərək qaydaları kobud şəkildə pozub.

 

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh