Nadir “Ferrari” 32 milyon avroya satıldı – FOTOLAR

Avtodünya 12 Aprel 2018 18:33 Oxunub 2643
Nadir “Ferrari” 32 milyon avroya satıldı – FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“335 Sport Scaglietti” Ferrari zavodundan çıxmış dörd modeldən biridir

1957-ci ildə istehsal edilmiş Ferrari yarış avtomobili Parisdə keçirilmiş hərracda 32 milyon avroya satılıb. Qırmızı 335 Sport Scaglietti 1958-ci ildə Kuba Grand Prix-sinin qalibi olub və Le Mans 24 Saat yarışında dövrə rekordunu qırıb. Maşın, o dövrün ən məşhur sürücüləri tərəfindən idarə olunub. Artcurial Motorcars hərrac evinin direktoru Matthieu Lamoure bildirib ki, bu, bir avtomobil üçün avro ilə dünya rekordudur.

http://avtosfer.az/upload/news/123f93.jpg

 

335 Sport Scaglietti Ferrari zavodundan çıxmış dörd modeldən biridir. Maşının yeni sahibi, sadəcə olaraq “beynəlxalq alıcı” kimi təqdim olunub. Həmişə “Ferrari” maşınlarına böyük təlabat olub. Məsələn, 2014-cü ildə Ferrari 250 GTO (Gran Turismo seriyası) avtomobili 28,5 milyon avroya satılmışdı. Bu modeldən olan 36 avtomobil 1962-ci ildən 1964-cü ilədək, iki il ərzində istehsal olunub.

http://avtosfer.az/upload/news/e453e9.jpg

2008-ci ildə onlardan biri Samsung Electronics sədri Li Kun-Hiyə məxsus olub. Sonra hərracda 15.700.000 funt sterlinqə satılıb. Maraqlıdır ki, Ferrari 250 GTO zavoddan çıxanda qiyməti cəmi 18 min dollar olub. 1988-ci ildə  bu avtomobillərdən biri hərracda 2 milyon dollara satılıb. Bir il sonra isə yeni alıcı artıq avtomobilə 14 milyon 600 min dollar ödəyib. Görünür böyük məbləğdə pul ödəmək varlılar üçün bir hobbi halına gəlib.

http://avtosfer.az/upload/news/211aea.jpg

Yarış avtomobili Ferrari 250 Testarossa da varlıların marağı böyükdür. Bu modeldən olan avtomobillər 1957-ci ildə, cəmi 1 il  buraxılıb. Nəzərdə tutulan dövrdə 22 maşın istehsal olunub. Bu avtomobillərdən biri Sotheby's hərracında12 milyon dollara satılıb. Ferrari 250 GT Spyder California SWB avtomobilləri 60-cı illərin 10 ən yaxşı yarış avtomobilləri siyahısında olub. 2004-ci ildə bu avtomobillərdən biri 6 milyon 400min avroya satılıb.

 

 

 

 

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh