Bu divar kağızları təhlükəlidir - VİDEO

Avtoxəbər 12 Aprel 2018 22:12 Oxunub 7031
Bu divar kağızları təhlükəlidir - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Keyfiyyətsiz divar kağızları bir sıra xəstəliklərə səbəb ola bilər

Evləri bəzəyən divar kağızları sağlamlığınız üçün təhlükəli ola bilər. Odur ki, divar kağızlarının hər 6 ildən bir dəyişdirilməsi tövsiyə olunur.

Avtosfer.az xəbər verir ki, kimyaçı alim Abuəli Hüseynli belə bir fikirlə çıxış edib. O, bu tövsiyəsini divar kağızlarının kimyəvi tərkibli olması ilə əsaslandırıb.

Onun sözlərinə görə, ucuz və keyfiyyətsiz divar kağızları bir sıra xəstəliklərə səbəb ola bilər.

Abuəli Hüseynli sintetik tərkibli və şüşəliftli divar kağızlarından istifadə edilməməsini tövsiyə edir. Onun sözlərinə görə, əsasən vinil, yəni yuyulabilən divar kağızlarından istifadə edilməlidir. Çünki bu kağızların əsasını bir və ya ikiqat nəm və çirklənməyə qarşı davamlı örtük təşkil edir.

Abuəli Hüseynli bildirib ki, ən məsləhətli divar kağızları adətən Avropa ölkələrində istehsal olunur.

Bəs bazarlarda vinil tərkibli və Avropa istehsalı olan divar kağızları neçəyədir? Uzun illərdir satıcılıqla məşğul olan Şahin Mürsəlov deyir ki, hazırda satışda ən keyfiyyətli divar kağızları Almaniya istehsalı olanlar hesab edilir. Qiyməti isə ölçüsündən asılı olaraq dəyişir.

Sintetik və şüşəliftli divar kağızları isə daha ucuz qiymətə təklif edilir.

Avtosfer.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh